Ağcabədi və Yevlaxda ev yandı


13:33     07 Yanvar 2016 yanginnnn7.jpg

Səhər saatlarında Ağcabədi şəhərində vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsinin 1 otağında mətbəx mebeli 3 kv.m sahədə yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın faktı ötən gecə Yevlax şəhərində baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 84 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağında yataq dəsti yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1011