Fransa prezidentinə yumurta atılıb - VİDEO


17:00     27 Sentyabr 2021 2021/09/makro-1632747841_1632754352.jpg

Fransa prezidenti Emmanuel Makron Lion şəhərinə səfəri zamanı hücuma məruz qalıb.

Femida.az xəbər verir ki, naməlum şəxs onun üzərinə yumurta atıb.

Qeyd olunur ki, insident Fransa prezidenti sərgi salonuna daxil olarkən baş verib.

Əşyanı atan şəxs saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, bu ilin iyun ayında Emmanuel Makron ölkənin cənub-şərqinə səfəri zamanı yerli sakinlərdən biri ona şillə vurmuşdu.



Femida.az

Açar sözlər:

Oxunub: 814