Şəhid övladının Prezidentdən istəyi: “Cıdır düzündə yallı gedək…” - VİDEO


22:40     27 Sentyabr 2021 2021/09/shehi-3265518828-(1)_1632768346.jpg

Qəhrəman Şəhid övladları əsgərlərimizlə birlikdə Şuşa Qalasının önündə olan Xarı Bülbül nişanını əsən güclü küləklər səbəbindən boşaldığı üçün, torpağa bərkidiblər.

Bu zaman şəhid Ramiq Mikayılovun övladı Ağaseyid Mikayılov çıxış üçün söz istəyərək, Şuşa qoruğu idarəsindən ona verilən “Xarı Bülbül” nişanını hədiyyə olaraq Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya göndərmələrini xahiş edib.



Mənim bir böyük arzum var. Mən istəyirəm ki, Novruz bayramında Cıdır düzündə İlham əmi və Mehriban xalayla birgə, şəhidlərimizin anaları və övladları ilə əl-ələ tutub, tonqalın ətrafında yallı gedək - deyə arzusunu dilə gətirən balaca Ağaseyid söz verib ki, qəhrəman atası kimi o da hər zaman Vətəni qoruyacaq.

Açar sözlər:

Oxunub: 285