Gürcüstanın Baş naziri Azərbaycana gəlir


13:33     28 Sentyabr 2021 21_09_28_1632819570.jpg

Sabah Bakıda Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

Femida.az xəbər verir ki, bu barədə “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, toplantıda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.

Qeyd edək ki, sabahkı iclas komissiyanın sayca səkkizinci toplantısı olacaq. Hər iki ölkənin baş nazirlərinin həmsədr olduğu komissiyanın sonuncu 7-ci iclası 2011-ci il dekabrın 20-də Tbilisidə baş tutub.

Açar sözlər:

Oxunub: 636