“Qızıl Məryəm”in qatili tapıldı - Şok təfərrüat (VİDEO)


14:21     07 Yanvar 2016 snip_20160107101700.png


Bakıda qızıl alverçisini xüsusi amansızlıqla qətə yetirən şəxslər tutulub.


Femida.az xəbər verir ki, Bakıda xüsusi amansızlıqla öldürülən sahibkar qadının qətlində şübhəli bilinən şəxslər həbs olunub.

Hüquq-mühafizə orqanlarından APA TV-yə verilən məlumata görə, saxlanılan hər iki şəxs törətdikləri cinayəti etiraf ediblər. Onlar mərhum Məryəm Namədzadənin qızı Günel və onun tanışı olub.

Aparılan istintaq araşdırmaları zamanı Günel ifadəsində adı istintaq tərəfindən hələlik açıqlanmayan tanışına anasında kifayət qədər pul olduğunu, hədə-qorxu gəlinərsə, pulları verəcəyini bildirib. Səhər qızını məktəbə aparan Günel həyətdə duran tanışına evdən çıxdığını işarə edib. Mənzilə daxil olan həmin şəxs qadından pulları tələb etsə də, qadın mənzildə heç nə saxlamadığını bildirib. Bu zaman qatil qadına ardıcıl bıçaq zərbələri vuraraq öldüyünə əmin olandan sonra hadisə yerini tərk edib. Daha sonra mərhumun qızı evə gələrək qışqırmağa başlayıb və qonşulara "Anamı öldürdülər, 3 nəfər idi, qaçdılar" kimi ifadələr deyərək meyiti qucaqlayıb ağlamağa başlayıb.

Qeyd edək ki, yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi-17 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Məryəm Namədzadənin meyiti yaşadığı evdə aşkar edilib. Onun xüsusi amansızlıqla - 43 bıçaq zərbəsi ilə qətlə yetirildiyi məlum olub. İstintaq orqanı tərəfindən Məryəm Namədzadənin ailə üzvləri və yaxınlarının ifadələri alınıb. Alınan ifadələr əsasında mənzildən təxminən 30 min manat aparıldığı müəyyənləşib. Ehtimala görə, cinayətin üstünün açılmasına səbəb Günelin prokurorluqda verdiyi ziddiyyətli ifadələr olub. Əvvəl qonşulara 3 nəfərin mənzildən çıxıb getdiyini deyən qızı daha sonra bu ifadəsini danıb.

Məryəm Namədzadə Bakıdakı məşhur “Jewellery” zinət əşyaları mağazasının sahibi olub.


Açar sözlər:

Oxunub: 3027