Müdafiə Nazirliyi Ermənistan mətbuatını təkzib etdi


18:09     28 Sentyabr 2021 2021/09/MN-1630843118_1632838340.jpg

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mətbuatının atəşkəsin pozulması barədə yaydığı məlumata münasibət bildirib.

Nazirlikdən Femida.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil.

Femida.az

Açar sözlər:

Oxunub: 309