Ermənistanda koronavirusa yoluxanların sayı 260 mini ötüb


11:40     29 Sentyabr 2021 21_09_29_1632901247.jpg

Ermənistanda daha 896 nəfər COVID-19-a yoluxub.

Femida.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, Ermənistanda koronavirusa yoluxanların sayı 260 675-ə çatıb. Son sutkada koronavirusdan 22 nəfər ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 5 299-a yüksəlib.

Koronavirusa yoluxan 241 191 nəfər sağalıb. Hazırda 12 977 pasiyent müalicə olunur.

Açar sözlər:

Oxunub: 733