"Suriya və Liviya mövzusunda uğurla əməkdaşlıq edirik" - Putin


16:36     29 Sentyabr 2021 2021/09/06A090C5-A71E-48D9-8721-C4480B4024E1_1632921789.png

"Rusiya və Türkiyə arasında Suriya və Liviya da daxil olmaqla, beynəlxalq mövzularda uğurlu əməkdaşlıq mövcuddur".

Femida.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşdə deyib.

"Beynəlxalq arenada kifayət qədər uğurla əməkdaşlıq edirik. Mən, həm Suriya, həm də Liviya ilə bağlı mövqeləri əlaqələndirmək üçün təmaslarımızı nəzərdə tuturam", - Putin bildirib.

Xatırladaq ki, bu gün Ərdoğan Rusiyaya səfər edib, liderlərin görüşü Soçi şəhərində keçirilir.


Femida.az

Açar sözlər: #Rusiya   #Türkiyə    

Oxunub: 858