Ərdoğan Putinə - "Dost dar gündə tanınar"


17:14     29 Sentyabr 2021 2021/09/FC26F8B5-3F1F-4B49-A8FB-9B8D6E57D7A2_1632924305.png

"Türkiyə meşə yanğınları ilə mübarizədə köməyinə görə Rusiyaya minnətdardır".

Femida.az xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Soçidə rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib.

"Xalqım və ölkəm adından sizə təşəkkür edirəm... Dost dar gündə tanınar!"- deyən Ərdoğan yanğınlarla mübarizədə dəstəyinə görə Rusiyaya təşəkkürünü bildirib. Türkiyə prezidenti təbii fəlakətin fəsadlarını aradan qaldırmağa çalışarkən həyatını itirən rus və türk yanğınsöndürənləri bir daha yad edərək onların yaxınlarına başsağlığı verib.

Rusiya prezidenti Vladimir Putin isə, ölkəsinə səfər etdiyi üçün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

-Dəvətimi qəbul edib, Rusiyaya gəldiyiniz üçün təşəkkür edirəm. Pandemiya il yarım ərzində şəxsən görüşməyimizə imkan vermədi. Ancaq buna baxmayaraq daim əlaqə saxladıq-, Putin qeyd edib.

Femida.az

Açar sözlər: #Türkiyə   #Rusiya    

Oxunub: 480