Azərbaycan və Belarus hərbi heyətlərinin görüşü olub


17:41     29 Sentyabr 2021 2021/09/9192B41E-F551-4D9E-9FD4-AC883BB7DD42_1632927421.png

Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq planına əsasən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Kadrlar İdarəsində hərbi kadr işləri üzrə işçi görüşü keçirilib.

Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov qonaqlara Azərbaycan Ordusunda aparılan islahatlar, peşəkar kadr potensialının hazırlanması barədə ətraflı məlumat verib.

Görüşdə hər iki ölkənin hərbi kadr işləri üzrə heyəti arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, xüsusilə hərbi xidmətkeçmə və hərbi kadrların uçotu sahəsində ətraflı müzakirələr edilib.

Açar sözlər: #Belarus    

Oxunub: 481