Subasmaya məruz qalan ərazilərdən yağış suları kənarlaşdırılıb - FHN


20:12     29 Sentyabr 2021 2021/09/6B65CBC1-7B52-4105-923E-26912F33EA22_1632934217.png

İntensiv yağan yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərinin subasmaya məruz qalması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə məlumatlar daxil olub.

Bu barədə Femida.az - a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün ərazilərə cəlb olunub.

Görülən operativ tədbirlər sayəsində paytaxtın Suraxanı və Sabunçu rayonları üzrə subasmaya məruz qalmış ərazilərdən yağış sularının kənarlaşdırılması təmin olunub.

Hazırda bəzi ünvanlarda yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

https://youtu.be/PCG_x6D_QIs

Femida.az

Açar sözlər: #Fhn    

Oxunub: 457