Ərdoğan və Putin Qarabağı müzakirə edib - Peskov


15:28     30 Sentyabr 2021 2021/09/96C86F9D-07B0-43AF-BB7D-77961DBDAFEC_1633006945.png

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə Qarabağ nizamlanmasın müzkirə ediblər.

Femida.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Rəsmi Moskva vurğuladı ki, tərəflər sərhədlərin delimitasiyası və nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı kompromisli həll axtarmalıdırlar", - Peskov söyləyib.

Onun sözlərinə görə, prezidentlər Əfqanıstan, Liviya və Suriyadakı vəziyyəti ətraflı müzakirə ediblər.

"Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan konstruktiv və vaxtında danışıqlar apardılar", - Kreml rəsmisi deyib.

Femida.az

Açar sözlər: #Türkiyə   #Rusiya   #Qarabağ    

Oxunub: 400