BNA “Azersky” peykinin təsvirlərindən istifadə edəcək
20:01 30 Sentyabr 2021
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərkosmos" - Azərbaycan Respublikasının Kosmik Agentliyi və Bakı Nəqliyyat Agentliyi (BNA) arasında görüş keçirilib.
Femida.az "Azərkosmos"a istinadən xəbər verir ki, ikitərəfli görüşdə “Azərkosmos” və “Bakı Nəqliyyat Agentliyi” arasında “Azersky”dan əldə olunan peyk təsvirlərinin istifadəsinə dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən adıçəkilən qurumlar yeni nəqliyyat infrastrukturu üçün ərazilərin seçilməsi, milli məkan məlumatlarının formalaşdırılması, mübadiləsi və istifadəsi məqsədilə müvafiq informasiya ehtiyatlarının və sistemlərinin inteqrasiyası, eləcə də Coğrafi İnformasiya Sistemlərinə dair proqram təminatları üzrə birgə təlimlərin təşkili barədə razılığa gəlib.
Həmçinin, “Azərkosmos” və Bakı Nəqliyyat Agentliyi “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC arasında kommersiya müqaviləsi də imzalanıb. Müqaviləyə uyğun olaraq “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” MMC Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi və nəqliyyat infrastrukturunun optimallaşdırılması istiqamətində həyata keçiriləcək layihələrədə Yer müşahidəsi peykinin imkanlarından istifadə edəcək.
Femida.az
Oxunub: 1001
Oxşar xəbərlər
- BNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilib
- BNA üç marşrut avtobusunun iştirakı ilə baş verən qəza barədə məlumat yayıb
- BNA Bakıda qanunsuz parkinqlərlə bağlı bir sıra qurumlara müraciət edib
- BNA Bakıda avtobus sərnişindaşıması ilə məşğul olan bəzi şirkətlərə bir ay vaxt verib
- BNA Hövsanda piyadaların təhlükəsizlik səviyyəsini artırır
- BNA sədri: “Parkovşik”lərin arxasında himayədarı var”
- BNA hazırda sıxlıq müşahidə edilən küçə və prospektləri açıqlayıb
- BNA hərəkət iştirakçılarına müraciət etdi
- BNA-ya məxsus şirkətin rəhbəri dəyişdirildi
- BNA məktəblərin açılması ilə bağlı sürücülərə müraciət edib