Ermənistanın Baş Qərargah rəisinin müavini saxlanılıb


15:19     01 Oktyabr 2021 2021/10/81A04F50-ACC2-4FB7-A3E9-6803B9BDDF16_1633087992.png

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-leytenant Stepan Qalstyan saxlanılıb.

Femida.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, onun evində axtarış aparılır.

Daha əvvəl Qalstyan keyfiyyətsiz silah-sursat tədarükü ilə bağlı iş üzrə dindirilib. Sentyabrın 30-da Ermənistan Milli Təhlükəsizlik Xidməti keçmiş müdafiə naziri David Tonoyanı külli miqdarda mənimsəmə şübhəsi ilə həbs edib. Ardınca "Patron Davo" kimi tanınan iş adamı David Qalstyan saxlanılıb. Onun barəsində məhkəmə həbs qərarı çıxarıb.

Tonoyan və Qalstyan 2,3 milyard dram (təxminən 4,7 milyon dollar) mənimsəməkdə, ictimai təhlükəli hərəkətlərdə, saxtakarlıqda şübhəli bilinirlər. İş adamı həm də Müdafiə Nazirliyinə köhnə və yararsız mərmilər tədarük etməkdə günahlandırılır.

Femida.az

Açar sözlər: #Stepan-Qaltsyan   #Ermənistan    

Oxunub: 878


Oxşar xəbərlər