Bakı sakini Hacıqabulda ölü tapılıb


11:30     02 Oktyabr 2021 21_10_02_1633158072.jpg

Hacıqabulun Rəncbər kəndində üzərində zorakılıq əlamətləri olmayan kişi meyiti aşkarlanıb.

Femida.az -ın məlumatına görə, araşdırmalar zamanı meyitin Bakı sakini, 1986-cı il təvəllüdlü Məmmədov Vüsal Akif oğluna məxsus olduğu müəyyən edilib. Meyit müayinə olunmaq üçün Şirvan Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1003