Narkotik satanlar saxlanıldı


15:33     02 Oktyabr 2021 2021/10/817A1C6B-3C3F-4552-8612-869B23770B5C_1633174187.png

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsi əməkdaşlarının daxil olan əməliyyat məlumatları əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri tədbirlər nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.

Bu barədə Femida.az -a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Əməliyyat zamanı həmin qəsəbədə yaşayan Ramin Qasımov və əvvəllər məhkum olunmuş Rəfayel Şükürov tutularaq istintaqa təqdim ediliblər.

Ramin Qasımovun üzərində şəxsi axtarış aparılan zaman ondan 11 qram heroin və 13 qram psixotrop maddə olan metamfetamin, Rəfayel Şükürovdan isə 2 qram heroin və 43 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hər iki şəxs ifadələrində Hökməli qəsəbəsi və ətraf ərazilərdə narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.

Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

https://youtu.be/74-8ojZXMps

Femida.az

Açar sözlər:

Oxunub: 500