Hacıqabulda qəza edən avtobus qeyri-qanuni fəaliyyət göstərib - Rəsmi


17:10     02 Oktyabr 2021 2021/10/26190E53-FA88-4ED0-A77C-C13A269B8922_1633182376.jpeg

Hacıqabulda sərnişin avtobusu qəza edib. Ağdam-Bakı xətti üzrə hərəkət edən 02 BT 242 nömrəli sərnişin avtobusu asfaltbasan maşın və daşla dolu avtomobillə toqquşub.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova Femida.az -a açıqlamasında bildirib ki, sərnişin avtobusu qeyri qanuni fəaliyyət göstərib. O bildirib ki, həmin avtobusun "Fərqlənmə nişanı" olmayıb:

"Avtobus qanuni müntəzəm sərnişin daşıma ilə məşğul olmayıb. Bizə verilən məlumata görə, Ağdamdan "Sədərək" Ticarət Mərkəzinə sərnişin daşıyırmış".

Femida.az

Açar sözlər: #Avtobus   #Qəza    

Oxunub: 1092