Ermənistanda 2 əsgər saxlanılıb


18:31     02 Oktyabr 2021 2021/10/127E1136-56AC-4DB1-AE2C-03F888F3DC9B_1633186223.png

Ermənistanda xidməti vəzifələrini yerinə yetirməkdən imtina edən çağırışçılar saxlanılıb. Femida.az xəbər verir ki, bu barədə Respublika İstintaq Komitəsi məlumat yayıb.

Bildirilir ki, hərbçilər A.O. və V.V. məzuniyyətlərini yekunlaşdırdıqdan sonra xidmət etdikləri hərbi hissəyə qayıtmadıqları üçün qanun qarşısında cavab verməli olacaqlar.
"Oktyabrın 1 -də başlanan cinayət işi çərçivəsində A.O. və V.V. saxlanılıb. İstintaq davam edir".

Qeyd edək ki, son bir ildə erməni ordusunda oxşar hallar dəfələrlə baş verib. Bir neçə ay öncə də əsgər məzuniyyətə getdikdən sonra hərbi hissəyə qayıtmaqdan imtina etmişdi.


Femida.az

Açar sözlər: #Ermənistan   #Hərbçi   #Məzuniyyət    

Oxunub: 996