Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub
18:47 02 Oktyabr 2021
Masallı Rayon Heydər Əliyev Mərkəzində prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirilib.
Femida.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində böyük rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.
Ümumrayon tədbirində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov rayonun prokurorluq işçilərini peşə bayramı münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.
Qeyd olunub ki, bu il prokurorluq işçiləri peşə bayramlarını əlamətdar bir dövrdə-Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun Vətən müharibəsindəki Zəfərinin birinci ildönümü ərəfəsində qeyd edirlər.
Tədbirdə Masallı rayon prokuroru Vəli Mustafayev məruzə ilə çıxış edib.
Bildirilib ki, Masallı rayon prokurorluğunun işçiləri rayonda qanunçuluğun bərqərar olunmasında, qanunun aliliyinin qorunmasında, əhali arasında hüquqi təbliğatın aparmasında vaxtaşırı tədbirlər həyata keçirirlər.
Diqqətə çatdırılıb ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və strateji inkişaf konsepsiyasına uyğun olaraq Prezident İlham Əliyev tərəfindən inamla həyata keçirilən ardıcıl və sistemli islahatlar, idarəetmə mexanizminin mütəmadi olaraq təkmilləşdirilməsi ilə müşayiət olunan müdrik və səmərəli dövlət idarəçiliyi, təhlükəsizliyin və sabitliyin gücləndirilməsi ilə bağlı vaxtında görülən tədbirlər ölkənin müstəqilliyinin daha da möhkəmləndirilməsinə, onun davamlı və dayanıqlı inkişafının təmin olunmasına, dövlətimizin qüdrətinin artmasına, xalqımızın əmin-amanlığının və rifah halının, vətəndaş həmrəyliyinin yüksəlməsinə zəmin yaradıb.
Tədbirdə Masallı rayon məhkəməsinin sədri Firdovsi Əliyev, rayon polis şöbəsinin rəisi Azay Ağayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Masallı rayon şöbəsinin rəisi Emin Süleymanov, SHXÇDX-nin rayon şöbəsinin rəisi, polkovnik-leytenant Vəli Rzayev və başqaları qeyd ediblər ki, rayonun prokurorluq işçiləri qanunun aliliyinin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsi işində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər.
Tədbirin sonunda rayon prokurorluğunun böyük müstəntiqi, kiçik ədliyyə müşaviri Babək Paşayevə və müstəntiq Elçin Abbasova Masallı Rayon İcra Hakimiyyətinin fəxri fərmanı təqdim olunub.
Femida.az
Oxunub: 642
Oxşar xəbərlər
- Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
- Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Masallıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Masallıda yük avtomobili ilə narkotik daşıyan şəxslər saxlanılıb
- DİN: "Masallıda azyaşlının zorlanması faktı öz təsdiqini tapmayıb"
- Masallıda 7 il əvvəl baş verən qətlin yeni təfərrüatı məlum olub
- DİN Masallıda əmisi qızını öldürən şəxslə bağlı məlumat yayıb
- Masallıda qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Azərbaycanlı “qanuni oğru” Rafiq Masallı güllələndi