Rusiyada atışma olub, xəsarət alan var


10:31     03 Oktyabr 2021 21_10_03_1633242678.jpg

Rusiyanın paytaxtı Moskvanın şimal-şərqində yerləşən kafelərdən birində atışma olub.

Femida.az xəbər verir ki, bu barədə "Moskovskiy komsomoleç” bildirib.

Nəşrin məlumatına görə, hadisə Prişvina küçəsindəki "Kult" kafesində baş verib. Münaqişə iştirakçılarından biri, 42 yaşlı yerli sakin tapançadan atəş açaraq, 32 yaşlı kişini yaralayıb.

Zərərçəkən xəstəxanaya çatdırılıb. Hadisəni törədən şəxs saxlanılıb.

Açar sözlər:

Oxunub: 759