Yasamalda iki avtomobil toqquşub, xəsarət alanlar var


11:04     03 Oktyabr 2021 21_10_03_1633244010.jpg

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Nəcəfov Telman Yavər oğlu və 1969-cu il təvəllüdlü Məmmədov Muxtar Hüseyn oğlu xəsarət alıblar.

Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onlar aidiyyəti üzrə həkim nəzarətinə götürülüblər.

Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 822