Sumqayıtda beşmərtəbəli binanın damından yıxılan 35 yaşlı kişi ölüb


12:20     03 Oktyabr 2021 21_10_03_1633248287.jpg

Sumqayıtda bədbəxt hadisə ölümlə nəticələnib.
Femida.az -ın məlumatına görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının damına çıxan 1986-cı il təvəllüdlü Sərxanov Rauf Məmmədalı oğlu internet şəbəkəsində yaranan problemi aradan qaldırmaq istəyərkən oradan yıxılıb.
Ağır xəsarətlər alan 35 yaşlı kişi ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 839