Siyəzəndə Xaçmaz sakinindən “patı” və marixuana aşkarlanıb
13:17 03 Oktyabr 2021
Siyəzən Rayon Polis Şöbəsinin və BDYP İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Xaçmaz rayon sakini Anar Əsədov Siyəzən rayon Zarat stasionar postu ərazisində saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin və marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq aparılır.
Oxunub: 998
Oxşar xəbərlər
- Siyəzəndə zəlzələ olub
- Siyəzəndə ev yanıb, xəsarət alan var
- Siyəzəndə yük maşını ilə minik avtomobili toqquşub, ölən var
- Siyəzəndə ər-arvadı şantaj edərək pul alan şəxs saxlanılıb
- Siyəzəndə ata və oğul dəmir yolundan oğurluq edib
- Siyəzəndə zəhərlənmə hadisəsi olub
- Siyəzəndə 40 yaşlı kişi yol qəzasında ağır xəsarət alıb
- Siyəzəndə iki qardaş qəzaya düşüb, biri ağır yaralanıb
- Siyəzəndə itkin düşən məktəbli tapılıb
- Siyəzəndə 9-cu sinif şagirdi itkin düşüb