XİN Gəncə terroru ilə bağlı paylaşım edib


11:32     04 Oktyabr 2021 2021/10/9293BA29-26C0-425F-B760-7B4E71D4A57B_1633332464.png

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın Gəncədə törətdiyi terror hücumunun birinci ildönümü ilə bağlı paylaşım edib.

Femida.az bu barədə nazirliyin Tvitter səhifəsinə istinadən xəbər verir.

“Bu gün Ermənistanın Azərbaycanın Gəncə şəhərinə, münaqişə zonasından kənarda yerləşən mülki yaşayış məntəqələrinə hücum edərək humanitar hüququn bütün prinsiplərini kobud şəkildə pozmasından bir il ötür. Günahsız qurbanları kədər və ağrı ilə anırıq!", - paylaşımda deyilir.

Xatırladaq ki, ötən il oktyabrın 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə raket zərbələri endirilib. Bu hücumda 1 mülki şəxs həlak olub, 30-dan çox mülki şəxs yaralanıb.

Femida.az

Açar sözlər: #XİN   #Gəncə   #Terror    

Oxunub: 665