Kəlbəcərdə radio və televiziya yayımı təmin olunub
14:16 04 Oktyabr 2021
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanının icrası ilə əlaqədar işğaldan azad olunmuş ərazilərdə infrastrukturun, o cümlədən radio-televiziya yayım stansiyalarının işinin bərpası istiqamətində işlər davam etdirilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Femida.az -a verilən məlumata görə, işğaldan azad olunmuş ərazilərdə radio-televiziya yayımlarının bərpası ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İB (Teleradio) tərəfindən Kəlbəcər şəhərində 17 metrlik yeni metal qüllə istismara verilib. Bununla da Kəlbəcər şəhəri və rayonun ətraf 15 kəndində 8 TV və 1 radionun yayımı təmin olunub.
Qeyd edək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsinin Şahyeri kəndi ərazisində yerləşən Şahyeri stansiyasının işinin bərpası istiqamətində də işlərə başlanılıb. Cari ilin sonunadək stansiyanın istismara veriləcəyi gözlənilir. Sözügedən stansiyanın istismara verilməsi nəticəsində Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisində radio-televiziya yayımı təmin olunacaqdır.
Buna paralel olaraq, işğal dövründə ermənilər tərəfindən tamamilə dağıdılaraq talan edilmiş Qubadlı stansiyasının infrastrukturunun yenidən qurulması və Zəngilan rayonu ərazisində yerləşən mövcud Mincivan stansiyasında müvafiq rekonstruksiya işləri görülməklə bu rayonların ərazilərində radio-televiziya yayımlarının bərpası üzrə müvafiq işlər aparılır.
Qeyd edək ki, Şuşa Radio-Televiziya Yayım Stansiyasında müvafiq avadanlıqlar quraşdırılaraq, 31 dekabr 2020-ci il tarixindən etibarən radio-televiziya yayımının təşkili Şuşa, Xankəndi şəhərləri və Xocalı, Ağdam, Bərdə rayonları, eləcə də ətraf yaşayış məntəqələrində bərpa edilib.
Sonda xatırladaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində rabitə xidmətlərinin təşkilinə dair Fəaliyyət Proqramı”na uyğun olaraq azad olunmuş ərazilərdə digər istiqamətlərdə də işlər davam etdirilir.
Femida.az
Oxunub: 936
Oxşar xəbərlər
- Kəlbəcər və Tovuz istiqamətlərində mövqelərimiz atəşə tutulub
- Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulur
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- MN: "Ermənistan silahlı qüvvələri Kəlbəcərdə mövqelərimizi yenidən atəşə tutub"
- Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub
- Kəlbəcər və Laçında yerləşən mövqelərimiz atəşə tutulub
- Kəlbəcərdə minaya düşən polkovnikin son durumu açıqlanıb
- Kəlbəcərdə mina partlayışı ilə bağlı cinayət işi açılıb
- Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub
- MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"