Bərdədə yol qəzası olub, iki nəfər xəsarət alıb


20:41     04 Oktyabr 2021 21_10_04_1633362093.jpg

Bərdə rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Borsunlu-Hindarx yolunun Bərdə rayon Şahvəlilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 10 KT 731 dövlət nömrə nişanlı, “Volqa QAZ-3110” markalı minik maşını idarəetməni itirərək yol kənarına aşıb.

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Hələ ki, onların kimliyi məlum deyil. Hər iki yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasında ilkin tibbi yardım göstərildikdən sonra Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.APA

Açar sözlər:

Oxunub: 496