Sumqayıtda minik avtomobili yük maşınına çırpılıb


10:14     05 Oktyabr 2021 2021/10/6A5ED3B4-860E-4A6D-BA4C-9B598E9B8B01_1633414510.png

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində "LADA" markalı minik avtomobilinin “KamAZ” markalı yük avtomobilinə çırpılması barədə məlumat daxil olub.

Nazirlikdən Femida.az verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Femida.az

Açar sözlər: #Qəza    

Oxunub: 920