Prezident: "Bəziləri yeni reallıqları həzm edə bilmirlər"
13:23 05 Oktyabr 2021
"Yenə də deyirəm, müharibə başa çatandan sonra bu gün artıq yeni reallıqlar yaranıb və bəziləri bu reallıqları həzm edə bilmirlər".
Femida.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
"Baxın, Azərbaycana qarşı yenə də təxribat və uydurma kampaniyasının yeni dalğası artıq başlamışdır. Bu, davam edəcək, biz buna hazır olmalı idik və hazır idik. Heç bir şey, hansısa məsələ Qarabağdan, torpaqlarımızın azad edilməsindən üstündə ola bilməz, heç bir məsələ bunu üstələyə bilməz. Bu gün biz artıq bu reallıqları qəbul etdirdik, kiminsə xoşuna gəlir, gəlmir, amma qəbul etdirdik. İndi isə bərpa işlərinə start veririk.
Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. Bunu biz təmin edəcəyik", - dövlət başçısı bildirib.
Femida.az
Oxunub: 526
Oxşar xəbərlər
- İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
- Prezident İlham Əliyev Əziz Sancarı qəbul edib
- Prezident Ağdam üzrə xüsusi nümayəndə vəzifəsini ləğv etdi
- Prezident Soçi görüşündən danışdı
- Prezident dörd səfirin etimadnaməsini qəbul edib - YENİLƏNİB
- İlham Əliyev Koreya rəsmisini qəbul edib - YENİLƏNİB
- Prezident yeni Biləcəri lokomotiv deposunun açılışında - FOTOLAR
- BMT İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən qətnaməni qəbul edib
- "Azərbaycan Ordusu məsum övladlarımızın qisasını aldı" - Prezident
- İlham Əliyev uşaqları təbrik edib