İranın ali rəhbərinin Azərbaycandakı nümayəndəsinin ofisi bağlanıb
15:32 05 Oktyabr 2021
"Bakıdakı Hüseyniyyə məscidi bağlanıb".
Bunu Femida.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O bildirib ki, paytaxtın bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:
"Bu gün günorta saatlarında polis əməkdaşları və digər mütəxəssislərin iştirakı ilə ofisin yerləşdiyi Hüseyniyyə məscidinə baxış keçirilib və ibadət yerinin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür".
Qeyd edək ki, İran İslam Respublikasının ali rəhbəri ayətullah Seyyid Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Ocaq Necatın ofisi Hüseyniyyə məscidində yerləşir.
Oxunub: 1021
Oxşar xəbərlər
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranın nüvə müəssisənin daha bir əməkdaşının meyiti aşkarlanıb
- İranın neft naziri Azərbaycana səfər edəcək
- İranın tanınmış din xadimi vəfat edib
- İranın Ərdəbil vilayəti Azərbaycanla sərhəd-keçid məntəqəsini açır
- İranın tanınmış din xadimi vəfat edib
- İranın xarici işlər naziri koronavirusa yoluxub
- İranın XİN rəhbəri: “Azərbaycanla münasibətlər qarşılıqlı hörmət əsasında davam edəcək”
- İranın ilk prezidenti vəfat edib
- İranın Quru Qoşunları Azərbaycanla sərhəddə təlimlərə başlayır