Bakıda orta məktəb şagirdini avtomobil vurub


09:15     06 Oktyabr 2021 2021/10/CC666FD3-6260-4FF5-965F-661890182A98_1633496749.jpeg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Ədalət oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Femida.az

Açar sözlər: #Qəza    

Oxunub: 681