AZAL Ermənistan ərazisi üzərində hava məkanından istifadə etməyə başlayıb
09:37 06 Oktyabr 2021
Bu gündən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Naxçıvan reyslərinin yerinə yetirilməsi üçün Ermənistanın hava məkanından istifadə etməyə başlayıb.
AZAL-dan Femida.az -a verilən xəbərə görə, bu addım Azərbaycanın regionda nəqliyyat kommunikasiyalarının açılmasına qəti hazır olduğunu nümayiş etdirir və bütün sərhəd dövlətlərin maraqlarına cavab verir:
"Bakı-Naxçıvan reysinin marşrutunun dəyişməsi həmçinin bu istiqamət üzrə uçuş vaxtının və uçuş zamanı yanacaq sərfiyyatının azalmasına gətirib çıxaracaq. Beləliklə, bundan sonra AZAL bu reysi yerinə yetirərkən Ermənistan və İran üzərindən keçən dəhlizlər daxil olmaqla bütün mövcud hava dəhlizlərindən istifadə edə bilər", - deyə aviaşirkət bəyan edib.
Femida.az
Oxunub: 948
Oxşar xəbərlər
- Kürdəmirin sabiq icra başçısı və digər vəzifəli şəxslərin cəzası azaldılıb
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Azərbaycanda bu il boşanmaların sayı 11 faiz azalıb
- Məhkəmə Əjdər Olun cəzasını azaldıb
- AZAL Bakı-London aviareysinin sərnişinlərinə müraciət edib
- Azərbaycanda ölüm səviyyəsi azalıb
- Rusiyanın beynəlxalq ehtiyatları həftə ərzində 14 milyard dollar azalıb
- Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları apreldə 1%-ə yaxın azalıb
- Əhaliyə sevindirəcək XƏBƏR - Kredit faizləri azaldıla bilər - VİDEO
- Bakıda arvadını öldürən sabiq hakimin cəzası azaldılıb