Sahibə Qafarova Slovakiyaya gedir
10:37 06 Oktyabr 2021
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti oktyabrın 7-dən Slovakiyanın paytaxtı Bratislava şəhərində rəsmi səfərdə olacaq.
Bu barədə Femida.az -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri - Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Anar Məmmədov, deputatlardan Sədaqət Vəliyeva, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər çərçivəsində Milli Məclis sədrinin Slovakiya Respublikasının Baş naziri, Milli Şuranın sədri, ölkənin xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub.
Görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşməsi, parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf istiqamətləri, qanun yaradıcılığında təcrübə və informasiya mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər müddətində nümayəndə heyətimizin üzvləri Slovakiya qanunvericilik orqanının fəaliyyəti ilə maraqlanacaq, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə münasibətlərimizin dərinləşməsi barədə fikirlərini bölüşəcəklər. Səfər oktyabrın 9-da başa çatacaq.
Femida.az
Oxunub: 993
Oxşar xəbərlər
- Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni spiker təyin edilib
- "Azərbaycanla əməkdaşlığa böyük önəm veririk" - NATO rəsmisi
- Sahibə Qafarova Slovakiyanın XİN rəhbəri ilə görüşüb
- Azərbaycan və Slovakiya spikerlərinin birgə brifinqi keçirilib
- Spiker Qazaxıstan Parlamentini Xocalı soyqırımını tanımağa çağırıb
- Ermənistan parlamentinin yeni spikeri seçilib
- Spikerlər Füzulidə olublar
- Pakistanlı spiker Prezidentin qəbulunda
- Spiker Macarıstana gedib
- Prezident müxalifəti təmsil edən vitse-spikerə "Şöhrət" ordeni verdi