İranla "Taliban" arasında ticarət əlaqələrini davam etdirməyə dair razılıq əldə olunub


11:24     06 Oktyabr 2021 2021/10/238FBE4F-83E8-4E8A-B4A3-AF3EF4584F66_1633506417.jpeg

İran nümayəndə heyəti ilə “Taliban” hərəkatının təmsilçiləri arasında ticarət əlaqələrinin saxlanılması istiqamətində danışıqlar olub.

Femida.az xəbər verir ki, bu barədə Əfqanıstandakı “Taliban” hökumətinin informasiya və mədəniyyət məsələləri üzrə nazir müavini Zəbiullah Mücahid tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, tərəflər iqtisadi məsələlərə daha çox diqqət ayırıblar.

Z.Mücahid bildirib ki, sərhədyanı buraxılış keçid məntəqələrində iş rejiminin yaxın on gündə saat 20.00-dək uzadılmasına dair qərar qəbul olunub.

O vurğulayıb ki, yanacaq tədarükü ilə bağlı vəziyyəti araşdırmaq üçün İran Neft Nazirliyinin nümayəndə heyəti Əfqanıstana səfər edəcək.


Femida.az

Açar sözlər: #İran   #Taliban    

Oxunub: 1035