ÜST: "Koronavirusun “Delta” ştamı 192 ölkədə yayılıb"


11:47     06 Oktyabr 2021 2021/10/CB5426D2-64F6-4FBD-A55B-74AECE1AD0A0_1633507018.jpeg

Yüksək yoluxuculuğu ilə fərqlənən koronavirusun “Delta” ştamı əhatə dairəsini genişləndirərək dünyanın 192 ölkəsində yayılıb.

Femida.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında deyilir.

Ekspertlər “Alfa”, “Beta”, “Qamma” və “Delta” ştamlarını “narahatlıq doğuran variantlar"a aid ediblər.

Xatırladaq ki, ilk dəfə 2020-ci ilin sentyabrında Böyük Britaniyada qeydə alınmış “Alfa” ştamı 195 ölkədə yayılıb. Ötən ilin avqustunda CAR-da qeydə alınmış “Beta” ştamı 145 ölkədə, həmin ilin sentyabrında Braziliyada müşahidə edilmiş “Qamma” ştamı 99 ölkədə yayılıb. “Delta” ştamı ilk dəfə olaraq ötən ilin oktyabr ayında Hindistanda qeydə alınıb.

ÜST-ün məlumatına görə, koronavirus pandemiyası baş qaldırandan indiyədək dünyada 235 175 106 yoluxma halı qeydə alınıb ki, onlardan 4 806 841 hal ölümlə nəticələnib.


Femida.az

Açar sözlər: #Delta    

Oxunub: 657