28 May - Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir


12:10     06 Oktyabr 2021 2021/10/2EC0E8B1-F47E-434C-9379-2755FB73527D_1633508066.jpeg

Azərbaycanda mayın 28-i Müstəqillik Günü və oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.

Femida.az xəbər verir ki, bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

İndiyə qədər Azərbaycanda mayın 28-i Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May - Respublika Gününün adı dəyişdirilir və bundan sonra mayın 28-i Müstəqillik Günü kimi qeyd ediləcək.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 668