Azərbaycan son 10 ildə 57 milyard dollar birbaşa xarici sərmayə cəlb edib
12:24 06 Oktyabr 2021
“Azərbaycanın sənaye zonalarında istehsalın ümumi dəyəri 4,3 milyard manatdan çox olub”.
Femida.az -ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Dayanıqlı inkişafın maliyyələdirilməsi: COVID-19 pandemiyasından dayanaqlı və yaşıl bərpa” mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, sənaye zonalarına qoyulmuş sərmayələrin ümumi məbləği isə 6,1 milyard manatı keçib.
“Son 10 ildə ölkə iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar cari və gələcək dövrlərdə iqtisadi artımın mühüm amillərindən biri olub. Bu dövr ərzində ölkəyə cəlb edilmiş birbaşa xarici investisiyaların məbləği 57 milyard ABŞ dolları təşkil edib. Son vaxtlar alternativ energetikaya xarici investorların marağı artıb”, - deyə M.Cabbarov qeyd edib.
Femida.az
Oxunub: 1140
Oxşar xəbərlər
- Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
- Azərbaycan Mərkəzi Bankı əhaliyə xəbərdarlıq edib
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycan Prezidenti Bolqarıstana rəsmi səfərə gedib
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycan Ordusunun əsgəri vəfat edib
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycan Silahlı Qüvvələrinin daha 21 hərbçisi şəhid olub - SİYAHI
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)