Baş Qərargah rəisi HHQ-nin Mərkəzi Komanda Məntəqəsində
12:38 06 Oktyabr 2021
Müdafiə nazirinin tapşırığına əsasən, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsində (MKM), o cümlədən Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsi Mərkəzi Rabitə Qovşağının Peyk Rabitəsi İdarəetmə Mərkəzində olub.
Bu barədə Femida.az -a Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinin müavini – HHQ komandanı general-leytenant Ramiz Tahirov müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilmiş komanda məntəqəsinin fəaliyyəti barədə Baş Qərargah rəisinə məruzə edib. Bildirilib ki, ən yeni texnoloji avadanlıqla təchiz edilmiş MKM qarşıya qoyulan döyüş tapşırıqlarının HHQ tərəfindən operativ icrasını təmin edir.
Qeyd edilib ki, Vətən müharibəsi dövründə komanda məntəqəsindən döyüşlərin fasiləsiz idarə olunması və ordu aviasiyasının döyüş tapşırıqlarının uğurlu icrasına nəzarət həyata keçirilib. Bu da Azərbaycan HHQ-nin döyüş əməliyyatları boyunca düşmən üzərində hava üstünlüyünün saxlanılmasını təmin edib.
Sonra Baş Qərargah rəisi Peyk Rabitəsi İdarəetmə Mərkəzində olub. Bildirilib ki, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi əsasən “Azərkosmos” ASC-nin peyki üzərindən fəaliyyət göstərir.
Baş Qərargah rəisi azad olunmuş ərazilərimizdə yerləşən qoşunlarımızın dayanıqlı və təhlükəsiz rabitəsinin təmin edilməsi ilə bağlı Müdafiə nazirinin müvafiq tapşırıqlarını aidiyyəti üzrə vəzifəli şəxslərə çatdırıb.
Femida.az
Oxunub: 594
Oxşar xəbərlər
- Ukrayna HHQ: “Rusiya Ukraynanı Xəzərdən də bombalayır”
- Pakistan HHQ-nin nümayəndə heyəti Bakıya səfər edəcək
- Xarici ölkələrin Azərbaycandakı hərbi attaşeləri HHQ-nin hərbi hissəsini ziyarət edib
- Zakir Həsənov HHQ-nin Birləşmiş komanda məntəqəsində olub - VİDEO
- Hulusi Akar Pakistan HHQ-nin komandanı ilə görüşdü
- Hərbi aviasiyamız düşmən mövqelərini bombardman etdi
- Türkiyə HHQ-nin aviasiya vasitələri Naxçıvan üzərində birgə uçuşlar keçirib - VİDEO
- HHQ-nin yeni hərbi hissəsinin açılışı oldu - FOTOLAR
- HHQ döyüş atışlı təlimləri keçirib - VİDEO
- Hərbi Hava Qüvvələri qarşıya qoyulan tapşırıqları icra edir - FOTO/VİDEO