İrəvanda aksiya: "Qaçqınlar" 2 aydır hökumətdən pul ala bilmir
13:06 06 Oktyabr 2021
Bu gün Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib. Femida.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, hökumət binası qarşısına toplaşan etirazçılar hakimiyyətin İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarından qaçan ermənilərə etinasız yanaşmasından gileyləniblər.
- Hazırkı durumumuzdan narahatıq. Kim olduğumuzu bilmirik. Bəli, sənədlərimiz var. Əslində isə heç bir haqqa sahib deyilik. Qış gəlir, amma mənzil problemimizin həlli görünmür.- Hadrutdan qaçaraq Ermənistana gedən ermənilərdən biri jurnalistlərə verdiyi açıqlamada deyib.
O xatırladıb ki, hazırda Ermənistan vətəndaşlığını sübut edən pasport daşıyırlar.
- Düzdür Ermənistan pasportumuz var. Amma biz Ermənistan Respublikasının vətəndaşı deyilik və heç kim də hansı ölkənin vətəndaşı olduğumuzu açıqlaya bilmir. 8 aydan çoxdur ki, daimi yaşayış yerimiz yoxdur.45 gün əvvəl məktub göndərmişik. Qarabağdan olan "qaçqınlar" haqqında nə düşündüklərinə dair hələ də cavabımız yoxdur. Görüş tələb edirik və məqsədimiz niyə bizə cavab verilməməsini, gələcək taleyimizlə bağlı plan və məqsədlərinin nə olduğunu bilməkdir. Əmək və sosial məsələlər naziri Mher Qriqoryanla görüşdən əlavə, Ərazi İdarəetmə naziri ilə də danışdıq. O bizə "Bəzi mövzularda razılaşmalar əldə edilsə də hələ dəqiq bir qərar yoxdur" dedi.
Etirazçılardan birinin dediyinə görə, iki aydır ki, hökümətdən bir qəpik də almırlar, məşğulluqları tisə əmin edilməyib. Etirazçı qadın bundan sonra necə yaşayacaqlarını bilmir.
- Düzünü desəm, artıq ümid və inamımı itirmişəm. Yalnız havada səslənən vədlər verirlər və buna da şəxsən mən inanmıram. Mənə kənddə bir ev veriləcəyini deyirlər. Amma o kəndə getməyəcəyəm. Türkiyə sərhədinə yaxın bir kəndə getməyimə dəyərmi? Bu kəndə iki azyaşlı uşaqla necə gedim? Xankəndindəki mənzillər haqqında isə dəqiq heçnə deyilmir. Bunlar yalnız vədlərdir. Onlar nə isə yeni bir layihələr üzərində üzərində işləyirlər. Ancaq fakt budur ki, iki aydır 68 min dram məbləği-maddi dəstəyi almamışıq. Qarabağda yaşayan ermənilərə isə bu yardımı göstərməyə davam edirlər. Niyə oradakıları təmin etdikləri halda bizim pulumuzun kəsildiyini anlamırıq. İndi kommunal xidmətləri necə ödəyəcəyik. Şəxsən mənim pulum qalmayıb. Məlum ödənişləri haradan tapım?
Femida.az
Oxunub: 828
Oxşar xəbərlər
- Samsung Azerbaijan-dan aksiya: köhnə televizoru gətir və yenisini endirimlə əldə et
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Kremldən Pelosinin İrəvan səfərinə REAKSİYA
- Sabah “Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası keçiriləcək
- Ermənistanda etiraz aksiyalarında zorakılıq halları artıb
- DİN: "Bakıda qanunsuz aksiyaya cəhdlərin qarşısı alınacaq"
- İrəvanda Paşinyanın əleyhinə aksiya keçirilir, saxlanılanlar var
- Ziya Məmmədovdan nəvəsi üçün yığlan "unitaz"lı maşın xəbərinə reaksiya (VİDEO)
- Nazirlik xaricdə təhsil alan həkimlərin aksiyasına münasibət bildirib
- Kremldən Delyaqinin Azərbaycanı nüvə silahı ilə vurmaq təklifinə REAKSİYA