Pəncşirdə silahlı qarşıdurma olub


13:22     06 Oktyabr 2021 2021/10/B2409152-33B6-4912-816B-F5B4206F7A40_1633512252.png

Əfqanıstanın Pəncşir əyalətində taliblərlə Milli Müqavimət Cəbhəsi üzvləri arasında silahlı qarşıdurma baş verib.

Femida.az xəbər verir ki, bu barədə “Afghanistan International” kanalı məlumat yayıb.

Qarşıdurma Unaba rayonunun Zamankur kəndi ərazisində iki saat davam edib.
Hadisənin digər təfərrüatları açıqlanmayıb.

Daha əvvəl müqavimətçiləri dəstəkləyən Əfqanıstan Milli Konqres Partiyasının sədri Əbdüllətif Pedra Pəncşirdə "Taliban"la partizan müharibəsinin davam etdiyini bildirib. Onun sözlərinə görə, müqavimətçilər indi Pəncşir dərəsindən keçən əsas yolun hər iki tərəfindəki dağ vadilərinə və təpələrə nəzarət edir.

Femida.az

Açar sözlər: #Əfqanıstan   #Pəncşir    

Oxunub: 948