Bakıda 114A və 114B nömrəli marşrut xətlərində ödəniş “BakıKart”la olacaq


15:33     06 Oktyabr 2021 21_10_06_1633518241.jpg

Oktyabrın 8-dən Bakıda 114A və 114B nömrəli marşrut xətti (Pirəkəşkül və Müşfiqabad qəsəbəsi - "20 Yanvar" m/st ) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Femida.az bu barədə Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə "OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Açar sözlər:

Oxunub: 388