“3-cü mikrorayon” dairəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq


19:47     06 Oktyabr 2021 21_10_06_1633534975.jpg

07.10.2021-ci il tarixində Alı Mustafayev küçəsində aparılan yenidənquruma işləri çərçivəsində səhər saatlarından axşam saatlarınadək Ziya Bünyadov prospektindən “3-cü mikrorayon” dairəsi istiqamətində (köməkçi hərəkət hissəsində) nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Femida.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Bu səbəbdən Alı Mustafayev küçəsinə daxil olan 7A, 7B, 67, 85, 199 və 211 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti olaraq alternativ küçələrlə təşkil ediləcək.

Açar sözlər:

Oxunub: 544