Sumqayıtda kalsium karbonat istehsalı zavodu inşa olunacaq


20:47     06 Oktyabr 2021 21_10_06_1633538083.jpg

Sumqayıt Kimya Sənaye Parkının ərazisində boya istehsalında üyüdülmüş kalsit (kalsium karbonat) istehsal edəcək zavod inşa olunacaq.

İqtisadiyyat Nazirliyindən Femida.az-a verilən məlumata görə, istehsal Çin və Türkiyənin qabaqcıl texnologiyalarının tətbiqi ilə həyata keçiriləcək.


Layihənin investisiya dəyəri təqribən 7 mln. manat təşkil edir.

İllik istehsal gücü 36 min ton təşkil edəcək müəssisədə 40 daimi iş yeri yaradılacaq.

İstehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, "Made in Azerbaijan" brendi ilə xarici ölkələrə də ixrac ediləcək.

Açar sözlər:

Oxunub: 598