Əfqanıstanda dini məktəbdə partlayış olub, ölənlər var


09:18     07 Oktyabr 2021 2021/10/68AB7281-845E-493B-B61B-1603B3E15951_1633583955.png

Əfqanıstanın şərqindəki Xost əyalətində dini məktəbdə baş verən partlayış nəticəsində 7 nəfər ölüb.

Femida.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Məlumata görə, 15 -dən çox yaralı var. Daha əvvəl bir nəfərin öldüyü və 17 nəfərin yaralandığı bildirilmişdi.

Əfqanıstan müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dini məktəbdə əl qumbarası partladılıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Kabildə İdgah məscidi yaxınlığında törədilən partlayışda 12 nəfər ölüb, 32 nəfər yaralanıb. Hadisədən sonra 3 nəfər saxlanılıb. Partlayışa görə məsuliyyəti "İŞİD" terror qruplaşması öz üzərinə götürüb.


Femida.az

Açar sözlər: #Əfqanıstan   #Partlayış    

Oxunub: 731