Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü istisna edilmir


10:36     07 Oktyabr 2021 2021/10/B7CCFA6A-F8CE-4D7A-B905-EFF579313A9C_1633589230.jpeg

“Bildiyiniz kimi, Azərbaycan tərəfi hər zaman dialoqa açıq olub və ölkəmiz hər hansı fikir ayrılıqlarının danışıqlar yolu ilə həllinə üstünlük verir. Münaqişə sonrası mərhələdə Ermənistan tərəfi ilə danışıqlara hazır olduğumuzu dəfələrlə bəyan etmişik”.

Femida.az -ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

“Biz post münaqişə dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində məsələlərin müzakirəsini faydalı hesab edirik. Bir müddət öncə Nyu-Yorkda iki dövlətin xarici işlər nazirlərinin görüşü baş tutub. Gələcəkdə də belə bir görüşün keçirilməsini istisna etmirik.

Azərbaycan tərəfindən dəfələrlə qeyd edildiyi kimi, hazırkı mərhələdə 3 dövlətin liderləri tərəfindən imzalanmış birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir. Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasıyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması, bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər”, - L. Abdullayeva qeyd edib.


Femida.az

Açar sözlər: #Xin    

Oxunub: 524