Şabranda karantini pozan 8 nəfər saxlanılıb


11:05     07 Oktyabr 2021 2021/10/BD0EB84E-88E2-4BF7-8F7E-A38BC2348E7E_1633591625.png

Şabranda karantin rejimi qaydalarına zidd olaraq, müəyyən edilmiş vaxtdan sonra fəaliyyət göstərən iaşə obyekti aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az -a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində Rauf Əmiraslanova məxsus çay evinin xüsusi karantin rejimi qaydalarını pozaraq müəyyən olunmuş vaxtdan sonra fəaliyyət göstərməsi aşkar edilib.

Ümumilikdə 8 nəfər saxlanılaraq, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.


Femida.az

Açar sözlər: #Din    

Oxunub: 246