Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bağlı protokol imzalanıb


11:51     07 Oktyabr 2021 2021/10/B6B230C5-071A-42C1-86F9-F3D938151BC5_1633596445.png

Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin başçılıq etdiyi nümayəndə heyəti İstanbulda keçirilən beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurası çərçivəsində Gürcüstan və Türkiyəndən olan həmkarları ilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafı məsələsini müzakirə edib.

Femida.az xəbər verir ki, bunu Rəşad Nəbiyev "Twitter" hesabında qeyd edib.

"Qardaş Türkiyədə beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurasında iştirak edirik. Tədbir çərçivəsində keçirilmiş toplantıda Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair üçtərəfli görüşün protokolu imzalandı", - deyə R.Nəbiyev əlavə edib.

Femida.az

Açar sözlər: #Dəmir-Yolu   #BTQ    

Oxunub: 761


Oxşar xəbərlər