Polis “Şəmi”ni saxladı - Cinayət işi açılıb


20:03     07 Yanvar 2016 e64a70707206349bb20146a23c7706d2.jpg

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yaşayan, əvvəllər 6 dəfə məhkum olunmuş, “Baron Şəmi” ləqəbli Şəmsəddin Kərimov şübhəli şəxs qismində saxlanılıb.


DİN-in mətbuat xidmətindən Femida.az- a verilən xəbərə görə, baxış zamanı ona məxsus evin həyətindəki quyudan gizlətdiyi ümumi çəkisi 28 kiloqrama yaxın narkotik vasitə, o cümlədən 12 kiloqram 550 qram həşiş qətranı, 7 kiloqram 110 qram tiryək, 6 kiloqram 981 qram heroin və 1 kiloqram 137 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 1605