Qobuda narkotik satan şəxs ələ keçdi - VİDEO
13:26 07 Oktyabr 2021
Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qobu qəsəbəsində həyata keçirdikləri növbəti tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Qadir Muradov tutularaq istintaqa təqdim edilib. Qadir Muradovun üzərində şəxsi axtarış aparılan zaman ondan 110 qram heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Həmin şəxs ifadəsində heroini sosial şəbəkələr vasitəsi tanış olduğu tanımadığı şəxsdən əldə etdiyi bildirib. O, Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.
https://youtu.be/JHkRPOuPuRM
Faktla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Femida.az
Oxunub: 496
Oxşar xəbərlər
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət edib
- Sərhədin Laçın və Kəlbəcər istiqamətlərində Ermənistanın xeyli canlı qüvvəsi və hərbi hissələri məhv edilib
- DİN: Zaqatalada meşədə yanğın törədən şəxs müəyyən edilib
- DİN: "Son 2 ayda Şirvanda 77 nəfər saxlanılıb"
- DİN Aşura mərasimləri ilə bağlı vətəndaşlara müraciət edib
- DİN: “Yaylaq Festivalında tıxac və vətəndaşların yolda qalması xəbərləri əsassızdır”