Putin və Paşinyan bölgədəki vəziyyəti müzakirə edib


14:29     07 Oktyabr 2021 2021/10/6A1F5A3C-7800-4103-8A53-4E08AF77ECE3_1633602597.png

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Femida.az xəbər verir ki, Paşinyan Rusiya liderini ad günü münasibətilə təbrik edib.

O vurğulayıb ki, erməni xalqı və Ermənistan Putinin bölgədə sülhün və sabitliyin qorunmasında göstərdiyi səyləri, müstəsna rolunu yüksək qiymətləndirir. Paşinyan ölkəsinə göstərdiyi diqqətə görə Rusiya prezidentinə təşəkkür edib.

Putin isə Rusiyanın strateji tərəfdaşı olan Ermənistanla sıx əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. Liderlər ikitərəfli gündəmin məsələlərini müzakirə ediblər, bölgədəki vəziyyətə və davam edən proseslərə toxunublar.

Femida.az

Açar sözlər: #Rusiya   #Ermənistan    

Oxunub: 209