Regionların 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına dəyişiklik edilib


14:35     07 Oktyabr 2021 2021/10/833F07C5-2FC6-4CAD-A70D-2692ED56ED33_1633603079.png

Prezident İlham Əliyev Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Femida.az xəbər verir ki, dəyişikliklə Dövlət Proqramından Beyləqan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Kürdəmir Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-smaq-təlim mexanizminin qurulması, Lənkəran Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması, Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzində elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması sözləri çıxarılıb.

Femida.az

Açar sözlər: #Prezident   #İlham-Əliyev    

Oxunub: 888